GVB sədri Müqamət Əliyevin "Xalq Qəzəti"ndə çap olunan 30.06.2015 tarixli məqaləsi - 30 June 2015 - Gənc Vətənpərvərlər Birliyi
Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2015 » İyun » 30 » GVB sədri Müqamət Əliyevin "Xalq Qəzəti"ndə çap olunan 30.06.2015 tarixli məqaləsi
15:35
GVB sədri Müqamət Əliyevin "Xalq Qəzəti"ndə çap olunan 30.06.2015 tarixli məqaləsi

Avropada hegemonluq etmək istəyən Almaniya, əslində, Ağ evin vassalına çevrilib
Son hadisələr göstərir ki, Almaniya get-gedə daha qəti şəkildə Azərbaycanda və digər müstəqil siyasət yürüdən ölkələrdə nöqsan axtarmağa cəhd edir.

Bu isə təsadüfi deyil. Çünki Berlin artıq açıq şəkildə Avropa İttifaqına nəzarəti ələ keçirməyə cəhd edir. Yada salaq ki, bu ittifaq bir çox cəhətlərinə görə Avropa, xüsusən də elə Almaniyanın üzərində nəzarət layihəsi kimi yaradılmışdı. Xarici mediada verilmiş bəzi ekspert rəylərindən də görürük ki, 2005-ci ildən AFR-ə rəhbərlik edən Angela Merkel Avropa İttifaqında iqtisadi liderliyi siyasi liderliyə çevirməyə, Otto fon Bismark tərəfindən yaradılmış Almaniya reyxini yeni simada bərpa etməyə cəhd göstərir. Bəs müasir Avropada bu mümkündürmü?

Dünyanın kütləvi informasiya vasitələri yazırlar ki, 20 il əvvəl Almaniyanın avropalaşdırılması məqsədilə başlanmış siyasət əks effekt vermişdi. Belə ki, həmin illərdən etibarən, əksinə, Avropa almanlaşmağa başlamışdı. Maraqlıdır ki, ölkələrin bir çoxunu öz ağır pəncəsi altında əzən ümumdünya iqtisadi böhranından sonra Almaniya Avropa iqtisadiyyatının xilasından danışmağa başlamışdı. Məqsəd isə başqa dövlətlərin çökdürülməsi və onların iqtisadiyyatının nəzarətə götürülməsi hesabına öz milli iqtisadiyyatını gücləndirmək və Avropanın hegemonuna çevrilmək siyasətinin tətbiqi idi.

Mütəxəssislərin fikrincə, Almaniyanın hazırda Avropanın bir sıra ölkələrinə dair irəli sürdüyü tələblər antihumanist xarakter daşıyır. Angela Merkeli ümumavropa maraqları deyil, Almaniyanın iqtisadi gücünün nəyin bahasına olursa-olsun artması maraqlandırır. Məsələn, artıq 3 ildir ki, Almaniya Yunanıstandan sosial xərclər də daxil olmaqla, bütün əlavə xərcləri azaltmağı tələb edir. Amma hərbi xərclər bu siyahıya daxil edilmir. Çünki Almaniyanın silah ixracının 15 faizi Yunanıstanın payına düşür. Təkcə bu fakt reyxdən gələn xoruz səsinin ardınca xoruzun quyruğunu da göstərir. Yunanıstandan izafi xərcləri azaltmağı tələb edib, hərbi xərcləri artırmağa çağırmaq hansı məntiqə uyğundur?

Həm almanlar, həm də digər avropalılar çox yaxşı bilirlər ki, Merkel müstəqil şəkildə Almaniyanın siyasi kursunu seçmək və onu həyata keçirmək iqtidarında deyil. Çünki Almaniyanın özü okeanın o biri tərəfindəki siyasətçilərin əlində acizdir. Kiməsə qəribə gəlsə də, İkinci dünya müharibəsindən ötən uzun dövr ərzində Almaniya hələ də tam suverenliyə qovuşmayıb və faktiki olaraq ABŞ-ın işğalı altındakı ölkə kimi yaşamaqda davam edir. Bu nə deməkdir? Bu o deməkdir ki, Almaniya rəhbərliyi öz ölkəsinin vətəndaşlarının ilk hüquqlarından birini – müstəqil yaşamaq hüququnu bərpa edə bilməyib. Elə isə, nə üçün Azərbaycanda və ya hansısa başqa bir ölkədə kiminsə hüquqlarının pozulmasından dəm vururlar?

Absurddur, deyilmi? İndi dünyada ən sadə kəndli də informasiya texnologiyaları vasitəsilə dəqiq bilir ki, hansı ölkədə insan hüquqları nə səviyyədə qorunur. Ona görə də xanım Merkel başda olmaqla, alman siyasətçiləri Azərbaycana təzyiq göstərmək üçün uydurduqları insan hüququ məsələsini yenidən götür-qoy etsələr yaxşıdır. Onların özləri də yaxşı bilirlər ki, bu gün dünyada insan hüquqlarının ən çox pozulduğu, korrupsiya və rüşvətxorluğun tüğyan etdiyi ölkələrin önündə gedənlərdən biri də məhz Almaniyadır. Ona görə də Berlin rəsmiləri başqa məsələlərdən danışsalar daha yaxşıdır.

Müqamət ƏLİYEV,
Azərbaycan Gənc Vətənpərvərlər
İctimai Birliyinin sədri

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.

http://www.xalqqazeti.com/az/news/news/59472

Baxışlar: 112 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  İyun 2015  »
BBeÇaÇCaCŞ
 123456
78910111213
14151617181920
21222324252627
282930
Yazıların arxivi
Design by UsiGroup  © 2016