Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2017 » Dekabr » 15 » Aprel döyüşləri şanlı tariximizdir” mövzusunda tədbir keçirilib
08:40
Aprel döyüşləri şanlı tariximizdir” mövzusunda tədbir keçirilib
“Aprel döyüşləri şanlı tariximizdir” mövzusunda tədbir keçirilib.
Gənc Vətənpərvərlər Birliyi (GVB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondun maliyyə dəstəyi ilə “ Gənclər arasında vətənpərvərlik tərbiyəsinin təşviqi “adlı layihə çərçivəsində Nərimanov rayon 45 saylı tam orta məktəbdə ” Aprel döyüşlərinin təbliğində gənclərin rolu” mövzusunda elmi nəzəri praktik konfrans keçirib.
Tədbirdə ,Gənc Vətənpərvərlər Birliyinin şöbə müdirləri, AMEA –n elmi işçisi P. Əzimova, AMKF təmsilçisi V. Kərimov , məktəbin müəllim heyyəti, idman ustaları, Milli Karate Federasiyasının nümayəndəsi C.Seydov və digər qonaqlar iştirak ediblər.
Dövlət himni səsləndikdən sonra çıxış edən məktəbin direktoru Nəcibə Əhmədova tədbir iştirakçılarını salamladı və qeyd etdi ki, bu yönümlü layihələrin ümumtəhsil məktəblərində keçirilməsi gənclərdə milli hərbi vətənpərvərlik hislərinin daha da gücləndirir.

Tədbirdə Gənc Vətənpərvərlər Birliyin sədri M. Əliyev bildirdi ki, Dövlətçiliyimizin keşiyində durmaq, onun suverenliyini, ərazi bütövlüyünü qorumaq kimi məsuliyyətli vəzifələrlə hər bir vətəndaş məsuldur. Bu vəzifələrin böyük bir hissəsinin gəncliyin üzərinə düşdüyünü nəzərə alaraq dövlətin yürütdüyü gənclər siyasətinin tərkib hissəsi kimi gənclər dövlətə, dövlətçiliyə dəstək olan vətənpərvər gənclərin maarifləndirilməsi ən vacib məsələ olmalıdır. Cənab Prezident İlham Əliyevin bu yaxınlarda 2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyasının təsdiq olunması haqqında Sərəncamı gələcək persektivdə bunları hədəfləmişdir. Məktəbin direktoru Nəcibə Əhmədova qeyd etdi ki,gənclər siyasəti uğurlu dövlət siyasətinin əsas göstəricilərindən biridir. Bu siyasətin tərkib hissəsi kimi gənclərin ən müxtəlif sahələrdə öz potensiallarından yararlanmasına şərait yaradılmasına, maarifləndirilməsinə, həmçinin bilik və bacarıqlarının müasir dünya tələbləri ilə uzlaşmasına, yüksək mənəvi dəyərlərə, o cümlədən yüksək vətənpərvərlik hisslərinə malik bir gəncliyin formalamasına xüsusi diqqət yetirməlidir. . Tədbirdə ,Azərbaycan Dillər Universitetində GVB-n səlahiyyətli nümayəndəsi E. Dadaşev , 19 saylı tam orta məktəbin hərbi rəhbəri,təqaütdə olan polkovnik İ.Əzimov,AMEA elmi işçisi P. Əzimova ,Hərbici A.Əkbərov və digərləri mövzu ilə bağlı məruzə edib. Tədbir zamanı, həmçinin, Aprel döyüşlərində qəhrəmanlıq göstərən əsgərlərimizi, zabitlərimizi, yaralanmış və şəhid olmuş igidlərimizi xalqımıza geniş şəkildə tanıtılması və ilkin hərbi biliklər aşılandı, ordunun dövlət və millət üçün əhəmiyyəti vurğulandı. Gənclərin Ali Hərbi Məktəblərə istiqamətləndirilməsi üçün onlara qəbul qaydaları, hərbi məktəblərdə təhsil almağın üstünlükləri barədə məlumatlar verildi və Şəhid polkovnik-leytenant Sənan Axundovun əziz xatirəsinə həsr olunmuş sənətli filim nümayiş olundu. Tədbirdə “ Milli və hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində yüksək təşkilatcılıq fəaliyyətinə və xidmətlərinə görə məktəbin direktoru Nəcibə Əhmədova və tərbiyə işləri üzrə direktor müavini Lamiyə .Əliyeva fəxri diplomla təltif edildi.
Layihə iştirakçıları əsasən yeniyetmə və gənclərdən ibarət olub. Vətənpərvərlik, mövzusunda informasiya materialları,,rəngli buklet ,təsvirli mayka və H.Əliyevin əksi olunmuş döş niçşanı paylandı
.
GVB-n Mətubat və İnformasiya şöbəsi
Baxışlar: 47 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Dekabr 2017  »
BBeÇaÇCaCŞ
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Yazıların arxivi
Design by UsiGroup  © 2018