Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » Arxiv
Əlif Lətif oğlu Hacıyev 1953-cü il iyunun 24-də Xocalı şəhərində anadan olub. 1990-cı ildə Xocalı hava limanı daxili işlər bölməsinə rəis təyin edilib, erməni təxribatçılarına qarşı cəsarətlə mübarizə aparıb, Xocalı aeroportunu ermənilərin nəzarətindən tamamilə çıxardıb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə səhərə qədər rəhbərlik etdiyi kiçik dəstə ilə erməni-rus qüvvələrinə qarşı rəşadətlə vuruşub, misilsiz qəhrəmanlıqlar göstərib, əsil cəngavər kimi son nəfəsinə qədər döyüşüb və döyüş meydanında şəhid olub. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib, Bakının küçələrindən biri onun adını daşıyır.
Baxışlar: 592 | Əlavə etdi: Natiq | Tarix: 15.04.2013 | Şərhlər (0)

Qəbələ RLS məsələsi Azərbaycan və Rusiyanın ikitərəfli münasibətlərində heç bir narahatlıq yaratmayıb və yaratmır. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev "Rossiya 24" telekanalına müsahibəsində bildirib.

"Azərbaycanın Bakıdan sonra ikinci turizm mərkəzi olan dilbər güşəsi Qəbələdə 300 hektar sahəni əhatə edən RLS-in icarə haqqı ərazisinə görə cəmi 7 milyon dollar təşkil edirdi. Əgər dənizdən uzaqda qalanlar dəniz kənarında istirahət edirlərsə, biz, Xəzərin sahilində yaşayanlar dağlıq ərazilərdə istirahət edirik. Bu səbəbdən bizim istəyimiz ondan ibarət idi ki, bu obyektə görə icarə haqqı reallığa uyğunlaşdırılsın. Birincisi, bu, ötən on il üçün hansısa təzminat olardı, çünki ötən on il ərzində Azərbaycan heç vaxt qiymətə yenidən baxılması ilə bağlı məsələ qaldırmayıb, halbuki hər kəs, düşünürəm ki, Rusiya da başa düşürdü ki, qiymət, yumşaq desək ... Ardını oxumaq »
Baxışlar: 509 | Əlavə etdi: Natiq | Tarix: 14.04.2013 | Şərhlər (0)

Bu gün axşam saatlarında Ağdamın işğal altında olan Şurabad kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində ordumuzun giziri ağır yaralanıb.
Erməni tərəfi iri çaplı pulemyotlardan açdığı atəş nəticəsində gizir Hüseynov Ramil Şahmar oğlu aşağı ətraf nahiyəsindən ağır güllə yarası alıb, vəziyyəti ağırdır.
Məlumata görə, hazırda yaralının helikopterlə paytaxta aparıldığı bildirilir.
Qeyd edək ki, Hüseynov Ramil Şahmar oğlu Tərtər rayonunun Hüsənli kəndində anadan olub, Tərtər Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb.

lent.az
Baxışlar: 517 | Əlavə etdi: Natiq | Tarix: 14.04.2013 | Şərhlər (0)

Gənc Vətənpərvərlər Birliyi (GVB) Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəıyi ilə "Gənclər Sağlam Həyat Tərzi Seçir: Narkotikə yox” devizi altında gənclərin iştirakı ilə kompleks tədbirlərin və idman yarışların keçirilməsi adlı layihəyə start verdi. "Azadinform” xəbər verir ki, layihəı 3 ay müddətində Abşeron və Bakı ətrafı qəsəbə və kəndlərdə rayonlarında həyata keçiriləcək. Qeyd edək ki, layihənin əsas məqsədi gənclərin narkomaniyadan və pis vərdişlərindən uzaq olması üçün ümumtəhsil orta ixtisas və ali təhsil müəssisələrində və eyni zamnanda idman cəmiyyətlərində bu çərçivədə marifləndirmənin və idman tədbirlərinin kemirilməsidir. Xatırladaq ki, GVB bu vaxta qədər bu istiqamətdə bir sıra layihələri həyata keçirib.
azadinform.az
Baxışlar: 645 | Əlavə etdi: Natiq | Tarix: 11.04.2013 | Şərhlər (0)

Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Gənclər arasında insan alveri və narkomaniyanın qarşısını almaq məqsədi ilə preventiv tədbirlərin keçirilməsi və milli-mənəvi dəyərlərinin gücləndirilməsi” adlı layihə çərcivəsində "İnsan alveri və narkomaniya qarşı mübarizə və milli-mənəvi dəyərlərin gücləndirməsi” mövzusunda Azərbaycan Kooperasiya Universitetində elmi nəzəri praktik konfrans keçirib.

Tədbiri AKU-nun pedoqoji fakutəsinin dekanı Nizami Çəvərov açaraq bildirib ki, müasir dövrümüzdə bütün dünyada kriminal biznesin əsas hissəsinə çevirilən insan alveri qlobal ümumbəşəri bir problemə çevrilib. Milli-mənəvi,  islam dəyərlərimizə zidd olan insan alveri problemi hüquqi demokratik dövlət quran Azərbaycan dövlətini ciddi narahat edir və problemlə dövlət səviyyəsində müb ... Ardını oxumaq »
Baxışlar: 506 | Əlavə etdi: Natiq | Tarix: 10.04.2013 | Şərhlər (0)

Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Gənclər arasında insan alveri və narkomaniyanın qarşısını almaq məqsədi ilə preventiv tədbirlərin keçirilməsi və milli-mənəvi dəyərlərinin gücləndirməsi" adlı layihə çərcivəsində "İnsan alveri və narkomaniya qarşı mübarizədə gənclərin rolu” mövzusunda elmi nəzəri praktik konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan DİN-in İdman Cəmiyyətinin fiziki təlim şöbəsinin rəisi İlyas Siracov bildirib ki, bu yönlü tədbirlərin keçirilməsi çox vacibdir. "Bu problem müasir dövrümüzdə qlobal problemlərdən birinə çevrilmiş və bu sahədə maarifləndirici tədbirlərin keçirilməsini vacib hesab edirəm" deyərək sözlərinə əlavə edib.
Daha sonra çıxış edən GVB-nin sədri, layihə rəhbəri Muğan Əliyev layihənin mahiyyətindən, bu movzuda preventiv tədbirlərin keçiril ... Ardını oxumaq »
Baxışlar: 546 | Əlavə etdi: Natiq | Tarix: 04.04.2013 | Şərhlər (0)

Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən 20 il keçir.
Kəlbəcər bir neçə gün davam edən döyüşlərdən sonra 1993-cü il aprelin 2-də işğal edilib.

 Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən, 1936 kv. km ərazisi olan Kəlbəcərin ermənilər tərəfindən işğal edilməsi nəticəsində günahsız insanlara vəhşicəsinə divan tutulub, 511 dinc sakin öldürülüb, 321 nəfər isə əsir götürülüb və itkin düşüb, 58 min rayon sakini ata-baba torpağından didərgin salınıb. İşğal nəticəsində Kəlbəcərdə 130 yaşayış məntəqəsi ermənilərin nəzarətinə keçib, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, 9 xəstəxana, 13 000 fərdi mənzil dağıdılıb, 37 852 ha meşə sahəsi, təbii ehtiyatlar, o cümlədən zəngin qızıl yataqları talan edilib. 1993-cü ilin qiymətləri ilə Kəlbəcərin xalq təsərrüfatına 703 m ... Ardını oxumaq »
Baxışlar: 815 | Əlavə etdi: Natiq | Tarix: 02.04.2013 | Şərhlər (0)

Bu gün Birliyimizin əməkdaşı Abbasquliyev Əbdülün doğum günüdür. Bu münasibətlə Birliyimiz adından onu təbrik edirik, işlərində uğurlar arzulayırıq. Əbdül müəllim gənclərin fiziki hazırlığı, onların vətənpərvər ruhda böyüməsi, gənclər arasında Vətənə, Dövlətə, dövlət rəmzlərinə sədaqətin aşılanması sahəsində böyük işlər görmüşdür.

Əbdül müəllim bir daha sizi təbrik edirik.
Baxışlar: 554 | Əlavə etdi: Natiq | Tarix: 31.03.2013 | Şərhlər (0)

1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşaqların öldürülməsi ilə nəticələnib.
Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə ediblər. Kütləvi qırğınlar zamanı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir məscidi aramsız top atəşinə tutulub, ermənilər Bakının ən möhtəşəm memarlıq incilərindən olan "İsmailiyyə” binasını yandırıblar.
Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb. Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetiriblər. Qubanın 162 kəndində öldürülən g ... Ardını oxumaq »
Baxışlar: 602 | Əlavə etdi: Natiq | Tarix: 31.03.2013 | Şərhlər (0)

Martın 31-də saat 04:00-da Azərbaycan ərazisində saatların əqrəbi 1 saat irəli çəkilməklə qış vaxtı ləğv edilib
Bu gecə Azərbaycan yay vaxtına keçib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, martın 31-də saat 04:00-da Azərbaycan ərazisində saatların əqrəbi 1 saat irəli çəkilməklə qış vaxtı ləğv edilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin "Azərbaycan ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il qərarına əsasən hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.
Baxışlar: 435 | Əlavə etdi: Natiq | Tarix: 31.03.2013 | Şərhlər (0)

« 1 2 ... 50 51 52 53 54 ... 78 79 »
Axtarış
Təqvim
«  Aprel 2024  »
BBeÇaÇCaCŞ
 123456
78910111213
14151617181920
21222324252627
282930
Yazıların arxivi
Design by UsiGroup  © 2024