Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » Arxiv
Bu gün Azərbaycanda 28 May - Respublika Günü qeyd olunur

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 95 il ötür. 1918-ci mayın 28-də Şərqdə ilk demokratik respublika-Azərbaycan Xalq Cümhuriyyəti yaranıb. Bu hakimiyyət 23 aylıq faliyyətdən sonra 1920-ci ilin aprelin 27-də 11-ci ordunun müdaxiləsi nəticəsində süqut edib və düz 71 il sonra Azərbaycan xalqı öz dövlət müstəqilliyini bərpa edib.

1918-ci ilin aprelin 25-də Şaumyan başda olmaqla xalq kosmisarları soveti yaradıldı. Cəmi bir aydan sonra artıq iki hakimiyyət var idi. Tiflisdə müstəqil Azərbaycan Cumhuriyyəti, Azərbaycanın özündə isə daşnak Şaumyanın başçılığı ilə Xalq Komissarları Soveti. 18 gün Tiflisdə fəaliyət göstərdikdən sonra Aərbaycanın Milli Şurası Gəncəyə köçdü. Beləliklə, Azərbaycanın bir qütbün ... Ardını oxumaq »
Baxışlar: 476 | Əlavə etdi: Natiq | Tarix: 28.05.2013 | Şərhlər (0)

Gənclər sağlam həyat tərzi seçir” devizi altında konfrans və təlim keçirilib
 
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gənclər sağlam həyat tərzi seçir” devizi altında gənclərin iştirakı ilə Nərimanov rayon "ŞUA” İdman Sağlamlıq Kompleksində Respublika gününə həsr olunmuş konfrans və təlim keçirilib. "Azadinform” xəbər verir ki, konfransda çıxış edən GVB-n Humanitar və mədəniyyət şöbəsinin müdiri N.Qaçayev layihə çərçivəsində keçirilən tədbirlərdən söhbət açıb.
GVB-n sədri M.Əliyev bildirib ki, ölkədə narkotik istifadəçilərinin sayı hər il 1000-1500 nəfər artır: "Hazırda ölkədə 26 min 716 nəfər qeydiyyatda olan narkotik istifadəçisi var. Təəssüf ki, narkotika istifadəçiləri arasında gənclərin də sayı çoxdur”.
Baxışlar: 540 | Əlavə etdi: Aliyev | Tarix: 25.05.2013 | Şərhlər (0)

Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyə dəstəyilə "Gənclər arasında İnsan alveri və narkomaniyanın qarşısını almaq məqsədi ilə preventiv tədbirlərin keçirilməsi və milli-mənəvi dəyərlərinin gücləndirməsi” adlı layihə həyata keçirir.
Layihə çərcivəsində "Ey yüksələn yeni nəsil, gələcək sizindir- Onu yüksəldəcək və davam etdirəcək sizlərsiniz” mövzusunda elmi nəzəri praktik konfrans keçirilib. Tədbiri GVB-nin sədri M.Əliyev açaraq Ulu öndər Heydər Əliyevin və bütün şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etdikdən sonra Respublika günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib, sonra layihə çərçivəsində keçirilən tədbirlərdən, mahiyyətindən və çox saylı gənclərin bu layihədə faydalanmasından söhbət açıb.

GİN məsul işcisi M.Nəsibov, TN-nin RİOEUG məkəbinin direktoru O. Məmmədl ... Ardını oxumaq »
Baxışlar: 1441 | Əlavə etdi: Natiq | Tarix: 22.05.2013 | Şərhlər (0)

Bu gün Azərbaycanın Laçın rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından 21 il keçir.
1992-ci il mayın 18-də Ermənistan Silahlı Qüvvələrinin Laçın rayonunu ələ keçirməsi ilə Dağlıq Qarabağ "de-fakto” Ermənistana birləşdirilib.
İşğal nəticəsində Laçında 1 şəhər, 1 qəsəbə və 120 kənd düşmən əlinə keçib, 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər əlil olub. Rayon üzrə 1 yaşdan 16 yaşadək 24374 uşaqdan 18-i şəhid, 225 nəfəri əlil olub, 31-i hər iki valideynini itirib, 64 min nəfər məcburi köçkünə çevrilib. Rayon ərazisindəki 133 iri və orta müəssisə, 20 tibb müəssisəsi, 217 mədəniyyət ocağı, 40-dək mədəni və tarixi abidə, onlarla təhsil müəssisəsi hazırda işğal altındadır.

İşğal nəticəsində 1835 kvadrat kilometr ərazisi olan Laçın rayonundakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən tala ... Ardını oxumaq »
Baxışlar: 621 | Əlavə etdi: Natiq | Tarix: 18.05.2013 | Şərhlər (0)


Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Gənclər arasında insan alverinin və narkomaniyanın qarşısını almaq məqsədilə preventiv tədbirlərin keçirilməsi və milli –mənəvi dəyərlərinin gücləndirilməsi adlı layihə çərçivəsində Nərimanov rayon "ŞUA” sağlamlıq idman kompleksində Milli Karate Federasiyası ilə birgə "Gənclər arasında insan alveri və narkomaniya qarşı mübarizədə təlimatçı məşqçilərin rolu” mövzusunda elmi praktik konfrans keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərər Dövlət Dəstəyi Şurası katibliyinin məsləhətçisi M.Zahidov, könüllülər, GVB-nin idarə heyətin üzvü M.Seyidov, layihə üzrə təşkilat komitəsinin, İdman Federasiyaları və QHT-lərin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Milli Karate Federasiyasının Prezidenti Yaşar ... Ardını oxumaq »
Baxışlar: 641 | Əlavə etdi: Natiq | Tarix: 13.05.2013 | Şərhlər (0)

Bu müharibədə Azərbaycandan 660 min nəfər iştirak edib, 130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 68 il keçir. Faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kimi qeyd olunur. Qələbə günü münasibətilə ölkənin müxtəlif bölgələrində və paytaxtda tədbirlər keçirilir.
Qeyd edək ki, 1939-cu il sentyabrın 1-də Faşist Almaniyası ildırımsürətli "Barbarossa” planı əsasında Polşanı işğal edib. Bununla da bəşəriyyət tarixinə ən qanlı müharibə kimi daxil olan İkinci Dünya müharibəsi başlayıb. 1941-ci il iyunun 22-də isə Hitler Almaniyası Azərbaycanın da daxil olduğu SSRİ-yə hücum edib. Müharibə 1945-ci il mayın 9-da - Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi və SSRİ-nin bayrağının sancılması ilə başa çatıb.

Bu müharibədə Azərbaycandan 660 min şəxs işti ... Ardını oxumaq »
Baxışlar: 597 | Əlavə etdi: Natiq | Tarix: 09.05.2013 | Şərhlər (0)

1992-ci il mayın 8-nə keçən gecə şəhər bir neçə saat intensiv artilleriya atəşinə tutulub, ardınca üç tərəfdən hücum başlayıb
Azərbaycanın Şuşa şəhərinin işğalından 21 il ötür. 8 may 1992-ci ildə Şuşa Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunub.

1992-ci il mayın 8-nə keçən gecə erməni birləşmələri Şuşa şəhərinin işğalı ilə bağlı əməliyyat keçirib. Şəhərin intensiv artilleriya zərbələrinə tutulması səhər saat 6-ya kimi davam edib. Bundan sonra düşmənin 1000-ə yaxın əsgəri üç tərəfdən Şuşaya hücum çəkib. Hücum Rusiyanın öncədən ermənilərə verdiyi 366-cı alayın 40 zirehli texnikasının dəstəyilə həyata keçirilib.

Erməni mənbələrinin məlumatına görə, şəhərin işğalı əməliyyatını keçmiş sovet polkovniki Arkadi Ter-Tatevosyan hazırlayıb. O, əvvəllər Dağlıq Qarabağda erməni qüvvələrinə komandanlıq edib.

Ermənilər Şuşadakı gözlənilməzlik və təşkila ... Ardını oxumaq »
Baxışlar: 585 | Əlavə etdi: Natiq | Tarix: 08.05.2013 | Şərhlər (0)

Bu gün Bakıda "Hilton” hotelində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının keçirdiyi beynəlxalq yazı müsabiqəsinin qaliblərinin təltif edilmə mərasimi keçirilib. toplantı iştirakçıları ilk olaraq Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.
Dövlət himninin oxunmasından sonra Ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən, Şuranın sifarişilə hazırlanmış qısametrajlı film nümayiş etdirilib. Mərasimdə giriş sözü ilə çıxış edən Şura sədri, millət vəkili Azay Quliyev Azərbaycan dövlət müstəqilliyinin XX əsrin sonlarında qazanılması və böhranlı vəziyyətdən çıxarılması yolunda Heydər Əliyevin misilsiz xidmətlərinin olduğunu, onun fəaliyyət dövrünün miqyasına görə bənzərsiz olduğunu və Azərbaycanın quruculuq salnaməsinin ən dolğun səhifələrinə çevrildiyini vurğulayıb. A.Quliyev bugünkü fir ... Ardını oxumaq »
Baxışlar: 541 | Əlavə etdi: Natiq | Tarix: 07.05.2013 | Şərhlər (0)

Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Gənclər arasında insan alverinin və narkomaniyanın qarşısını almaq məqsədilə preventiv tədbirlərin keçirilməsi və milli–mənəvi dəyərlərinin gücləndirilməsi” adlı layihə çərçivəsində Sumqayıt şəhər İdman sağlamlıq kompleksində Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Kütləvi Bədən Tərbiyəsinin təbliği və narkomaniyanın ziyanlı nəticələri, H. Əliyev və müasir Azərbaycan tarixi ” mövzusunda elmi nəzəri praktik konfrans və VKV karate üzrə yarış keçirib.

Tədbirdə Abşeron Bakı şəhər üzrə idman ictimayyətin nümayəndələri, karate üzrə dünya çempionları, Şura katibliyinin məsləhətçisi M.Zahidov, Sumqayıt şəhər Gənclər və İdman İdarəsinin məsul işçisi M.Məmmədov, Azərbaycan Milli karate fedrasiyasının prezidenti Y.Bəşirov, Az ... Ardını oxumaq »
Baxışlar: 805 | Əlavə etdi: Natiq | Tarix: 06.05.2013 | Şərhlər (0)

Gündəlik ictimai-siyasi qəzet olan xalq qəzetində Gənc Vətənpərvərlər Birliyinin sədri Müqamət Əliyevin bəzi Avropa qurumlarının ikili siyasətinə narazılğını bildirən müsahibəsi dərc olunmuşdur.

"Müqamət ƏLİYEV: Azərbaycan Gənc Vətənpərvərlər Birliyinin sədri:
 – Avropalı deputatlardan ibarət nümayəndə heyətinin Azərbaycanın icazəsi olmadan işğal altındakı Dağlıq Qarabağa səfərə getməsi və orada bir sıra görüşlər keçirməsi Avropa miqyaslı təşkilatların təməl prinsipləri ilə də düz gəlmir, adi siyasət və diplomatiya qaydaları ilə də. Avropalıların Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan, separatçı rejimin və Ermənistan hakimiyyətinin mənafeyinə xidmət edən addımları Avropa Parlamenti kimi mötəbər beynəlxalq təşkilatın nüfuzuna açıq -açığına xələl ... Ardını oxumaq »
Baxışlar: 720 | Əlavə etdi: Natiq | Tarix: 04.05.2013 | Şərhlər (0)

« 1 2 ... 48 49 50 51 52 ... 78 79 »
Axtarış
Təqvim
«  Aprel 2024  »
BBeÇaÇCaCŞ
 123456
78910111213
14151617181920
21222324252627
282930
Yazıların arxivi
Design by UsiGroup  © 2024