Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » Arxiv
Prezident yanında Gənclər Fondun maliyyə dəstəyi ilə "Vətən bizim and yerimiz "yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması” adlı layihə çərçivəsində "Vətənpərvərlik insanların fiziki və mənəvi
sağlamlığı şüurun inkişaf etməsi idmanla bədən tərbiyəsi ilə sıx bağlıdır” mövzusunda elmi nəzəri-praktik konfrans keçirilib.
AZADİNFORM xəbər verir ki, konfransda layihənin koordinatoru N.Quliyev tədbirin mahiyyəti barədə məlumat verib. GVB-nin sədri fəxri bədən tərbiyəsi və idman işçisi M.Əliyev bildirib ki, layihə çərçivəsində ümumtəhsil orta ixtisas və ali təhsil müəssisələrində, idman cəmiyyətlərində dərs saatlarında yeniyetmə və gənclərə milli qürur, vətənə məhəbbət və sədaqət, etik və estetik tərbiyə təbliğ edilməlidir: "Təssüflə deyə bilərəm ki, gənclərin çoxu adət ənənələrimizdən, milli mentalitetimizdən, milli və tarixi qəhrəmanlar haqqında məlu ... Ardını oxumaq »
Baxışlar: 562 | Əlavə etdi: Aliyev | Tarix: 12.09.2013 | Şərhlər (0)

Gənc Vətənpərvərlər İctimai Birliyinin sədri Müqamət Əliyevin "Xalq Qəzeti"ndə yazısı dərc olunmuşdur.
Ölkəmizdə əmək haqlarının, müavinət və pensiyaların, təqaüdlərin , o cümlədən , minimum əməkhaqqının növbəti dəfə artırılması faktı qədirbilən xalqımız tərəfindən böyük məmnunluqla qarşılandı. Ancaq bilavasitə bizim birliyin təmsilçiləri olan insanların - tələbə, magistr və doktorantların təqaüdlərinin artırılması məsələsi daha böyük önəm kəsb edir.

Çünki, ulu öndər Heydər Əliyevin dediyi kimi, bugünkü tələbələrin hər biri müstəqil dövlətimizin sabahını təmin edəcək kadrlar ordusunun təmsilçisidir. Məhz həmin prinsipləri əsas tutan Azərbaycan dövləti həm ölkəmizdə, həm də xaricdə təhsil alan tələbələrin sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində çox mühüm tədbirlər həyata keçirir. Təsadüfi deyil ki, Dövlət Gənclər siyasətinin əsas ... Ardını oxumaq »
Baxışlar: 505 | Əlavə etdi: Natiq | Tarix: 10.09.2013 | Şərhlər (0)

Dövlət gənclər siyasətinin həyata keçirilməsində böyük işlər gördüyünə, gənclərin vətənpərvərlik ruhunda yetişməsində fəal iştirakına, GVB-nin müxtəlif yönümlü tədbirlərinin keçirilməsində köməklik göstərdiyinə, vətənə, dövlətə sədaqətli xidmətinə görə Azərbaycan Respublikası Karate Federasiyasının vitse-prezidenti Kazımov Zülfüqar Musa oğlu Gənc Vətənpərvərlər Birliyinin fəxri üzvü seçilmişdir. Biz də Birliyin kollektivi adından Zülfüqar müəllimi təbrik edir, ona işlərində uğurlar arzu edirik.
Qeyd edək ki, GVB-in fəxri üzvlərinin tam siyahısı ilə burada tanış ola bilərsiz: GVB - Fəxri Üzvlər
Baxışlar: 584 | Əlavə etdi: Natiq | Tarix: 05.09.2013 | Şərhlər (0)

Gənc Vətənpərvərlər Birliyi 9 oktyabr 2013-cü il prezident seçkilərində müşahidə missiyasını həyata keçirməklə bağlı tədbir keçirib. Tədbirdə GVB İdarə Heyəti, üzvləri, Birliyin yerli şöbələri, bir çox QHT nümayəndələri və digər vəzifəli şəxslər iştirak ediblər. Tədbirdə çıxış edən sədr Müqamət Əliyev bildirib ki, Birlik 2013-cü il prezident seçkilərinə yüksək səviyyədə hazırlaşıb. Qeyd olunub ki, MSK tərəfindən qəbul edilmiş normativ hüquqi sənədlərə və qanunvericilkdə olan digər qaydalara uyğun olaraq GVB nümayəndələri də seşkilərdə müşahidəçi kimi istirak edəcək. Tədbirdə həmin müşahidəçilər bir daha təlimatlandırılıb və onlara məlumat kitabçaları paylanılıb.
Baxışlar: 579 | Əlavə etdi: Natiq | Tarix: 31.08.2013 | Şərhlər (0)

Bugün Gənc Vətənpərvərlər Birliyin sədri, Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi, gənclərin dostu, Karate-do üzrə 4-cü dan qara kəmər ustası, Cui-citsu və Karate-do federasiyalarının vitse-prezidenti, şərq əlbəyaxa döyüş növləri ustası Müqamət Əliyevin doğum günüdür. Bu özəl gündə biz də GVB kollektivi adından Müqamət müəllimi təbrik edir, ona  sağlam və mənalı ömür arzu edirik. Gənclərin Müqamət müəllimdən hələ öyrənəcəyi çox şey var.
TƏBRİKLƏR...
Baxışlar: 574 | Əlavə etdi: Natiq | Tarix: 15.08.2013 | Şərhlər (0)

Gənc Vətənpərvərlər Birliyi II rübün yekunu ilə bağlı tədbir keçirib.
qhtxeber.az-ın məlumatına görə, tədbirdə İdarə Heyətinin üzvləri, birliyin humanitar, səhiyyə, beynəlxalq, fiziki, hüquq və təşkilati məsələlər üzrə sədrin müşavirləri, regional şöbələri, fəxri üzvlər ,üzv olan təşkilatların nümayəndələri iştirak ediblər.
Birliyin sədri Müqamət Əliyev tədbirdə çıxış edərək iştirakçıları qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik etdikdən sonra, gündəlikdə duran məsələləri və 2013–ci ilin birinci yarsının hesabat dövründə gördüyü işlər barədə qısa məlumat verib.
Sonra çıxış edən Mərkəzi Nəzarət Təftiş Komitəsinin sədri R. Hacıyeva 2013 –cü ilin birinci yarsının hesabat dövründə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Gənclər Fondunun maliyə dəstəyi ilə icra olunan layihələrin qiymətləndirilməs ... Ardını oxumaq »
Baxışlar: 487 | Əlavə etdi: Natiq | Tarix: 29.07.2013 | Şərhlər (0)

GVB Gənclər və İdman Nazirliyinin yaranma gününə həsr olunmuş DİN  İdman Cəmiyyətində "Hər bir Vətəndaş çalışmalıdır ki, gənc nəslimiz vətənpərvərlik ruhunda tərbiyə alsın, torpağını müdafiə etməyə hazır olsun, yaxşı təhsil alsın, müasir tələblərə uyğun səviyyəyə çatsın” mövzusunda elmi praktik konfrans keçirib.
Tədbirdə,  cəmiyyətin təlimatçı məşqçiləri, GVB-nin Bakı şəhəri rayon şöbələri, Birliyin üzvləri, idmançılar, QHT və Gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.
Tədbiri İdman Cəmiyyətinin şöbə rəisi  İ. Siracov açaraq bir dəqiqəlik sükutla Ulu öndərin xatirəsini yad etdikdən sonra tədbir iştirakçılarını GİN-in yaranma münasibəti ilə təbrik etdi. GVB sədri Azərbaycan fəxri bədən tərbiyəsi və idman işcisi M. Əliyev geniş ətraflı söhbət açaraq respublikada və xaricdə aparılan idman siyasətindən eyni zamanda Dövlət Gənclər siyasəti haqqında 2011-2015-ci illərdə aparılan layihə və proqramların GİN tərəfində ... Ardını oxumaq »
Baxışlar: 494 | Əlavə etdi: Aliyev | Tarix: 25.07.2013 | Şərhlər (1)

Gənc Vətənpərvərlər Birliyi "Vətən bizim and yerimizdir" mövzusunda tədbir keçirib
GVB Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Ağdam rayonun işğal olmasının 20-ci ildönümü ilə əlaqədar "Vətən bizim and yerimizdir" mövzusunda tədbir keçirib. "Azadinform” xəbər verir ki, tədbirdə birliyin yerli nümayəndələri, ziyalılar, Ağdamdan olan Qarabağ veteranları, idmançı məşqçilər və tələbə gənclər iştirak ediblər.
İB sədri Muğan Əliyev qeyd edib ki, 1988-ci ilin sonlarında Ermənistandan öz ata-baba yurd yuvalarından, daha sonra Dağlıq Qarabağ Muxtar Vilayətindən doğma isti ocaqlarından silah gücünə amansız vəhşiliklərlə qovulub didərgin salınan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna pənah gətirdi. 1992-ci ildə Dağlıq Qarabağı bütünlüklə işğal edən Ermənistan bədnam rus ordusuna arxalanaraq bununla kifayətlənməyərək Dağlıq Qarabağın ətraf rayonlarına da hücum etdi. Xüsusən Ağdama olan hücumların ardı – arası kəsilmirdi. 1993-cü ilin ... Ardını oxumaq »
Baxışlar: 538 | Əlavə etdi: Aliyev | Tarix: 23.07.2013 | Şərhlər (0)

     Muğan Əliyev: Gənclərin böyük bir qismi narkomaniyadan əziyyət çəkir
Gənc Vətənpərvərlər Birliyi "Gənclər arasında İnsan alverinin və narkomaniyanın qarşısının alınması məqsədilə preventiv tədbirlərin keçirilməsi və milli dəyərlərimizin gücləndirilməsi" adlı layihə ilə bağlı konfrans keçirib.
''Azadinform'' xəbər verir ki, konfransda çıxış edən GVB-nin sədri Muğan Əliyev bildirib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da gənclərin böyük bir qismi narkomaniya və onun törətdiyi xəstəliklərdən əziyyət çəkirlər. Əhalinin, xüsusən gənclərin bu haqda məlumatlarının, biliklərinin az olması onlar arasında daha məsuliyyətli işlərin görülməsini labüd edir.
Qeyd edək ki, əvvəllər də layihə çərçivəsində İdman cəmiyyətlərində və xüsusilə aparıcı ali təhsil müəssisələrinin yerləşdiyi regionlarda və üm ... Ardını oxumaq »
Baxışlar: 523 | Əlavə etdi: Natiq | Tarix: 24.06.2013 | Şərhlər (0)

 Gənc Vətənpərvərlər Birliyi (GVB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri–Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Gənclər arasında insan alveri və narkomaniyanın qarşısını almaq məqsədi ilə preventiv tədbirlərin keçirilməsi və milli-mənəvi dəyərlərin gücləndirilməsi” adlı layihə çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 95- ci ildönümü ilə əlaqədar Gənclər və İdman Nazirliyinin İdman kompleksində "Silahlı Qüvvələrin yaradılması Azərbaycanın Dövlət Müstəqiliyini və Suverenliyini təsdiq edən, onu nümayiş etdirən amillərdən biridir” mövzusunda elmi - nəzəri, praktik konfrans keçirib.
Giriş sözü ilə tədbiri açan GVB-nin sədr müavini A.Əsədov tədbir iştirakçılarını Azərbaycan Silahlı Qüvvələrinin 95-ci ildönümü münasibəti ilə təbrik edib. Sonra o, layihənin mahiyyətindən və layihə çərçivəsində keçirilən tədbi ... Ardını oxumaq »
Baxışlar: 567 | Əlavə etdi: Natiq | Tarix: 24.06.2013 | Şərhlər (0)

« 1 2 ... 46 47 48 49 50 ... 78 79 »
Axtarış
Təqvim
«  Mart 2024  »
BBeÇaÇCaCŞ
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Yazıların arxivi
Design by UsiGroup  © 2024