Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2013 » May » 22 » 28 may Respublika gününə həsr olunmuş tədbir keçirilib
19:27
28 may Respublika gününə həsr olunmuş tədbir keçirilib
Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyə dəstəyilə "Gənclər arasında İnsan alveri və narkomaniyanın qarşısını almaq məqsədi ilə preventiv tədbirlərin keçirilməsi və milli-mənəvi dəyərlərinin gücləndirməsi” adlı layihə həyata keçirir.
Layihə çərcivəsində "Ey yüksələn yeni nəsil, gələcək sizindir- Onu yüksəldəcək və davam etdirəcək sizlərsiniz” mövzusunda elmi nəzəri praktik konfrans keçirilib. Tədbiri GVB-nin sədri M.Əliyev açaraq Ulu öndər Heydər Əliyevin və bütün şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etdikdən sonra Respublika günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib, sonra layihə çərçivəsində keçirilən tədbirlərdən, mahiyyətindən və çox saylı gənclərin bu layihədə faydalanmasından söhbət açıb.

GİN məsul işcisi M.Nəsibov, TN-nin RİOEUG məkəbinin direktoru O. Məmmədli, Yasamal rayon yerli şöbənin müdiri A. Quliyev, Humanitar və mədəniyyət şöbəsinin müdiri N. Qaçayev, ümumtəhsil məktəblərlə iş şöbəsinin baş məsləhətçisi ADU tələbəsi S. Əsədov, ədəbiyyat müəllimi Ş. Quliyeva, tarix müəllimi S. Əzizov və başqaları çıxış edərək dövlətimizin qazandığı bütün uğurlar ulu öndər Heydər Əliyevin zəkası, müdrikliyi, uzaqgörənliyi sayəsində əldə edilməsindən və insan alveri və narkomaniyanın fəsadlarından ətraflı danışaraq diskusiyalar aparıblar.
Konfransın sonunda H.Əliyev əks olunmuş döş nişanı rəngli buklet və braşuralar paylanıb.

azadinform.az
qhtxeber.az
Baxışlar: 1442 | Əlavə etdi: Natiq | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  May 2013  »
BBeÇaÇCaCŞ
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024