Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2018 » İyun » 1 » 1 iyun - Uşaqların Beynəlxalq Müdafiə Gününə həsr olunmuş tədbir keçirib
09:00
1 iyun - Uşaqların Beynəlxalq Müdafiə Gününə həsr olunmuş tədbir keçirib
1 iyun - Uşaqların Beynəlxalq Müdafiə Gününə həsr olunmuş tədbir keçirib

Gənc Vətənpərvərlər Birliyi Gənclər və İdman Nazirliyin təşkilatçılığı ilə “ŞUA” İdman Sağlamlıq Mərkəzində 1 iyun Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunmuş “Uşaqları sevin, uşaqlar bizi nurlu gələcəyə aparan yoldur” mövzusunda elmi nəzəri praktik konfrans və təlim keçirilib.
Tədbirdə çıxış edən M. Əliyev yeniyetmə idmançıları , uşaqları təbrik etmiş, ölkəmizdə həyata keçirilən dövlət uşaq siyasətinin uğurlu nəticələrindən danışmış və qeyd olunmuşdur ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasəti artıq mili strategiya kimi formalaşmaqdadır. Azərbaycan dövlətinin başçısı İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prizidenti , Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın diqqəti bu sahəyə qayğının daha da artmasına səbəb olmuşdur. ”ŞUA” İdman Sağlamlıq Mərkəzinin təsisçisi, birliyin fəxri üzvü Z. Kazımov demişdir ki, qloballaşma şəraitində uşaqların hüquqlarının qorunması bütün bəşəriyyəti düşündürür. 1950-ci ildə BMT-nin Baş Məclisi tərəfindən 1 iyun - Uşaqların Beynəlxalq Müdafiə Gününün qeyd olunması qərara alınmışdır. Layihə üzrə təlimçi A. Hüseyinova diqqətə çatdırılmışdır ki, hazırda ölkəmizdə 2 milyon 500 mindən çox uşaq vardır. Respublikamızın sürətli iqtisadi inkişafı onların sosial problemlərinin həlli üçün etibarlı zəmin yaradır. Bu baxımdan son illərdə uşaqların sağlamlığının möhkəmləndirilməsi, onların müasir tələblər səviyyəsində təhsil almaları, sağlam ailə mühitində yaşamaları üçün mühüm sosial layihələr həyata keçirilir.
Sonra idman sahələrində və yarışmalarda təmsil edərək qalib olmuş, yüksək nailiyyətlər qazanmış uşaqlar mükafatlandırılmış, GVB-n fəxri diplomu ilə təltif olunmuşlar. Tədbirdə çıxış edənlər , GIN məsul işçisi M.Nəsibov ,GVB-n fiziki təlim şöbəsinin müdiri İ. Əliyev,Ciü-Citsu karate federasiyasının prezidenti M. Seyidov və başqaları gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyindən və təbliğata böyük ehtiyac olduğunu bildirdilər . Tədbirin idman bölmələrində davam etdirilmişdir.
Tədbirdə GVB-nin İdarə Heyətinin üzvləri, yerli şöbələri, İdman Federasiyalarının məşqçiləri, idmançılar iştirak ediblər

GVB-nin mətubat və informasiya şöbəsi
Baxışlar: 330 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  İyun 2018  »
BBeÇaÇCaCŞ
     12
3456789
10111213141516
17181920212223
24252627282930
Yazıların arxivi
Design by UsiGroup  © 2024